SON DƏQİQƏ: Erməni ordusu bu ərazilərdən çıxır

SON DƏQİQƏ: Erməni ordusu bu ərazilərdən çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən sosial şəbəkələrin erməni seqmentində xəbər yayılıb ki, Ermənistan ordusunun bölmələri Azərbaycanla sərhəddin Cermux istiqamətindən geri çəkilməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, həmin məlumatlarda Azərbaycanın tələbi ilə ermənilərin bu addım atdığı qeyd olunur.
Bildirilir ki, bu, sərhədlərin delmitasiyası və demarkasiyası prosesinin bir hissəsi kimi nəzərədə tutulub. Hətta boşaldılan ərazilərin Azərbaycana veriləcəyi vurğulanır.
Lakin Ermənistan MN-in mətbuat katibi Aram Torosyan məlumatı təkzib edib. O bildirib ki, belə bir şey yoxdur və yayılan məlumatlar şayədən başqa bir şey deyil.
Nazirliyin bu açıqlaması da yetərli olmayıb. Erməni mediası bölgədən qoşunların çıxarılmasına dair videoların olduğu, MN-in yalan danışdığını iddia edir.
Xatırladaq ki, Azərbaycanvə Ermənistan sərhədlərin delmitasiya və demarkasiyası prosesinin birinci hissəsini artıq başa çatdırıb. Bu proses çərçivəsində Qazax rayonu istiqamətində 1992-ci ildən işğal altında olan 4 kəndimiz Azərbaycana geri verilib. Analoji prosesin Cermux istiqamətində həyata keçirləcəyi və sərhədlərin müəyyən ediləcəyinə dair məlumatlar isə hələ xeyli əvvəldən mövcud idi.