SON DƏQİQƏ: Ərdoğan imzaladı – seçkilər 14 MAYDA!(VİDEO)backend

SON DƏQİQƏ: Ərdoğan imzaladı – seçkilər 14 MAYDA!(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mayın 14-də seçkilərə gedir.

 Tribunainfo.az xəbər verir ki, bununla bağlı seçki qərarını Prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Qeyd edək ki, mayın 14-də seçkiyə gedən seçicilər həm prezident, həm də deputatları seçəcəklər.

YSK-nın açıqlayacağı seçki təqvimi bu iki prosesi əhatə edəcək. Mümkün təqvimə görə, YSK prezidentliyə namizədlik ərizələrini martın 21-dən etibarən qəbul edəcək.

Prezidentliyə namizəd siyahılarının aprelin ilk həftəsində YSK tərəfindən dəqiqləşdirilməsi gözlənilir.

Seçkiyə ittifaqla girəcək partiyalar ittifaq protokollarını YSK-ya təqdim edəcəklər. Aprelin 8-də deputatlığa namizədlərin siyahılarının YSK-ya təqdim ediləcəyi gözlənilir.

Deputatlığa namizəd olmaq istəyən dövlət qulluqçuları da seçki qərarından sonra 7 gün ərzində istefa verməlidir.

Seçici siyahıları dayandırıldıqdan sonra etirazlara baxılacaq.Aprelin ortalarında namizəd siyahılarının rəsmi qəzetdə dərci ilə təbliğat dövrü başlayacaq.

Zəlzələ səbəbiylə müxtəlif şəhərlərə getmək məcburiyyətində qalanlar üçün müvafiq tənzimləmələr ediləcək.

Ali Seçki Şurası xarici seçicilərlə bağlı Xarici İşlər Nazirliyinin də rəyini alacaq.

Hansı ölkələrdə neçə seçki qutusunun qurulacağı və səsvermə günləri müəyyənləşəcək.

Bəzi nümayəndəliklərdə səsvermə günü 3 gün, bəzi nümayəndəliklərdə isə 1 həftəyə qədər davam edəcək.