Aralarında türk dənizçilərinin də olduğu Omeqa adlı gəmi əlverişsiz hava şəraiti səbəbindən Çinin Şanxay sahillərində Mirabella adlı gəmi ilə toqquşub.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, 16-sı türk olan 21 dənizçinin xilasedici qayıqlarla gəmini tərk etdiyi və digər gəmi tərəfindən xilas edildiyi açıqlanıb.
Gəminin 3-cü kapitanı ilə görüş keçirilib və sağlamlıq vəziyyəti yaxşı olan dənizçilərin gəmidən çıxarılması üçün Xarici İşlər Nazirliyimiz və Çin MRCC ilə koordinasiya təmin edilir.