SON DƏQİQƏ: ÇAVUŞOĞLU AÇIQLADI – MOSKVADA DÖRDTƏRƏFLİ GÖRÜŞ OLACAQbackend

SON DƏQİQƏ: ÇAVUŞOĞLU AÇIQLADI – MOSKVADA DÖRDTƏRƏFLİ GÖRÜŞ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran və Suriya ilə xarici işlər nazirləri səviyyəsində görüşün mayın 10-da Moskvada ola biləcəyini bildirib.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu qatıldığı canlı yayımda gündəmlə bağlı sualları cavablandırıb.

Suriya ilə normallaşma prosesi ilə bağlı açıqlama verən nazir Çavuşoğlu, bütün danışıqların bir yol xəritəsi çərçivəsində aparıldığını, Rusiya, İran və Suriya ilə xarici işlər nazirləri səviyyəsində keçirilməsi gözlənilən görüşün mayın 10-da baş tutacağını bildirdi.

Çavuşoğlunun sözlərinə görə, İran prezidenti İbrahim Rəisinin Afrika turnesi ilə əlaqədar Moskvada keçirilməsi planlaşdırılan danışıqlara Tehrandan kimin qatılacağı hələlik bəlli deyil.