Türkmənistanda dövlət çevrilişinə cəhd olub.
Tribunainfo.az yazır ki, ölkədə son necə gündür kütləvi internet blokadası yaşanırdı. Ehtimala görə, məqsəd silahlı dövlət çevrilişi ilə bağlı məlumatları gizlətmək olub.
Aşqabadda 20-yə yaxın şəxsi həbs ediblər, hələ də həbsdə saxlanılanlar var. Dövlət çevrilişinin təşkilatçısı kimi keçmiş Kənd təsərrüfatı naziri Payzıgəldi Meredovun oğlu Batır Meredovun adı çəkilir. Ata Meredov 2013-cü ildə vəfat edib. Eyni zamanda, Türkmənistan DİN müavini Əhməd Xocatov da həbs edilənlər arasındadır.
Məlumata görə, çevrilişçilər Türkmənistana ağzına qədər dolu yük maşınları ilə fərqli növlərdə silahlar gətiriblər.