Dezinformasiya ilə Mübarizə Rabitə Mərkəzi Müdirliyi (DMM) “Xəzinə və maliyyə naziri Mehmet Şimşək vəzifəsindən istefa vermək istəyir” iddiasının doğru olmadığını açıqlayıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, DMM-dən verilən açıqlamada, “Nazir Şimşəkin razılaşdırılaraq vəzifəsindən istefa qərarı aldığı və vəzifəsində qaldığı iddiaları həqiqəti əks etdirmir. Bazarlarda narahatlıq və inamsızlıq yaratmaq üçün qəsdən yayılan dezinformasiya xarakterli xəbərlərə inanmayın”.