Ukraynanın avqustun 6-dan etibarən başlatdığı Kursk əməliyyatına iki gün əvvəl Belqorod planı da daxil edilib. Tribunainfo.az xəbər verir ki, dünəndən etibarən Belqorod istiqamətində hücumlarını intensivləşdirən Ukrayna ordusu, artıq şəhərin qapısında dayanıb.
“Ukrainainfo” saytının yaydığı xəbərə görə, Rusiya ordusu böyük bir ərazini tərk edərək, geri çəkilib. Nəticədə, Krasnoyaruz qəsəbəsi itirilib. Həmçinin Belqorod şəhərinə yol açılıb. Xəbərdə deyilir ki, Kiyev əsgərləri hər an şəhəri ələ keçirə bilərlər.
Qubernator Andrey Miskov da təsdiq edib ki, Belqorod şəhəri itirilmək üzrədir. O, şəhər əhalisinin təcili olaraq evekusiya edildiyini də bildirib.