Son bir ildə ən çox qazanan tennisçilərin siyahısı açıqlanıb

Son bir ildə ən çox qazanan tennisçilərin siyahısı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Forbes” jurnalı son bir ildə ən çox qazanan tennisçilərin siyahısını açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, siyahıya ardıcıl ikinci il “Böyük Dəbilqə” turnirlərinin beşqat qalibi və dünyanın 2 nömrəli tennisçisi Karlos Alkaras (İspaniya) başçılıq edir.

Nəşrin məlumatına görə, ispaniyalı idmançı 48,3 milyon dollar (35 milyon dollar kortdan kənarda) qazanır.

Son bir ildə ən çox qazanan 10 tennisçinin siyahısı:

1. Karlos Alkaras (İspaniya) – 48,3 milyon dollar (kortdan kənarda 35 milyon dollar)
2. Yannik Sinner (İtaliya) – 47,3 (27)
3. Kori Qauff (ABŞ) – 37,2 (25)
4. Novak Cokoviç (Serbiya) – 29,6 (25)
5. Arina Sobolenko (Belarus) – 27,4 (15)
6. Çjen Sinven (Çin) – 26,1 (21)
7. İqa Şvyontek (Polşa) – 24 (15)
8. Teylor Frits (ABŞ) – 15,6 (7)
9. Frensis Tiafo (ABŞ) – 15,2 (12)
10. Daniil Medvedev (Rusiya) – 14,3 (10)