Son 3 ildə “AzerGold”a ardıcıl maliyyə sanksiyaları tətbiq edilib – STATİSTİKA

Son 3 ildə “AzerGold”a ardıcıl maliyyə sanksiyaları tətbiq edilib – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AzerGold” QSC-yə indiyədək vergi öhdəlikləri üzrə tətbiq edilən maliyyə sanksiyaları açıqlanıb.

Tribunainfo.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, QSC-yə qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.

Belə ki, 2017-ci il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2018-ci il üzrə 2 hal üzrə ümumilikdə 80 manat, 2022-cu il üzrə 1 hal üzrə ümumilikdə 2000 manat, 2023-ci il üzrə 2 hal üzrə ümumilikdə 2040 manat, 2024-cü il üzrə 1 hal üzrə ümumilikdə 6000 manat maliyyə sanksiyası tətbiq edilib.

Əvvəlki illərdən nəticə çıxaran QSC-yə qarşı hələ ki heç bir maliyyə sanksiyası tətbiq edilməyib.

Xatırladaq ki, “AzerGold” QSC 2015-ci ildə təsis edilib, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb. QSC-nin İdarə Heyətinin sədri və qanuni təmsilçisi Zakir İbrahimovdur. Nizamnamə kapitalı isə 278,3 milyon manat təşkil edir.