Son 2 ildə bankların depozit portfeli necə dəyişib? Tam siyahı

Son 2 ildə bankların depozit portfeli necə dəyişib? Tam siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən yüksək depozit portfeli “Beynəlxalq Bank” ASC-yə (ABB) məxsus olub.
Yeniavaz.com xəbər verir ki, ötən ilin yekununda hüquqi və fiziki şəxslərin ABB-də yerləşdirdiyi depozitlərin həcmi 10 milyard 6,5 milyon manat olub.
Qeyd edək ki, son bir ildə ABB-də depozitlərin həcmi 610,3 milyon manat artıb.
Ən az depozit portfelinə sahib olan bank “Bank Avrasiya” olub. Bu bankda depozitlərin cəmi məbləği 63 milyon manat təşkil edib.
Son bir ildə depozit portfelini ən çox artıran banklar “Kapital Bank” və “Azər Türk Bank” olub. Bu bankların depozit portfeli son bir ildə müvafiq olaraq 2 milyard 656,7 milyon və 975,3 milyon manat artıb.
Depozit portefli ən çox azalan bank isə “Paşa Bank” olub. Hüquqi və fiziki şəxslərin “Paşa Bank”a yerləşdirdiyi depozitlərin həcmi son bir ildə 525,1 milyon manat azalıb.
Cədvəldə bankların son 2 ildəki  depozit portfeli əks olunub: