Solovyovun Qazaxıstana püskürdüyü “zəhər” etiraz doğururbackend

Solovyovun Qazaxıstana püskürdüyü “zəhər” etiraz doğurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı təbliğatçı Vladimir Solovyovun “Rossiya 1” telekanalında apardığı nasist təbliğat bu dəfə Qazaxıstan kəskin reaksiyalar doğurub.

Tribunainfo.az Qazax24.info-ya istinadla xəbər verir ki, parlamentin komitə sədri Muxtar Kul-Məhəmməd rusiyalı ekspertlərin iyrənc çıxışlarına münasibət bildirib.

“Solovyev uzun müddətdir ki, dünyanın bir çox ölkələrində persona non-qrata elan olub və indi hər cür sanksiya siyahısına başçılıq edir. Buna görə də əsəbiləşərək hamının üstünə yeriyir və zəhərli tüpürcəklər sıçradır. Keçmişdə “Rossiya 1” telekanalında o, açıq şəkildə Almatını bombalamağı təklif etmişdi, hətta onun verilişinin qonağı, Dövlət Dumasının deputatı Onişşenko da bundan dəhşətə gəlmişdi”, – deputat bildirib.

“Rusiyalı politoloq D.Drobnitskinin “növbəti problem Qazaxıstan ola bilər, çünki eyni nasist məhkəmələri orada da başlaya bilər” fikrinə münasibət bildirən Muxtar Kul-Məhəmməd hesab edir ki, Qazaxıstana birbaşa təhlükə var.

“Elmi-fantastika mütəxəssisi, Jukov ləqəbli Drobnitskinin fikrinə bizimlə dost olan, üzvü olduğumuz Rusiyanın dövlət kanalının efirində səslənməsəydi, əhəmiyyət verməmək olardı. Rusiya siyasətçilərinin bu cür məqsədyönlü hücumları Solovyovun şousunda çoxdan sistemli xarakter aldığından, şübhəsiz ki, onlar Rusiyanın federal hakimiyyət orqanlarının əsaslı cavabına layiqdirlər. Qazaxıstan 30 ildən artıqdır ki, müstəqil dövlətdir. Solovyovun və onun kimi siyasətçilərin aşkar həqiqəti dərk etmələrinin və yeni geosiyasi reallıqla hesablaşmağı öyrənmələrinin vaxtıdır”, – deyə senator yekunlaşdırıb.