“SOLİTON” MÜŞTƏRİNİ PEŞMAN ETDİ – ŞİKAYƏT

“SOLİTON” MÜŞTƏRİNİ PEŞMAN ETDİ – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Soliton” mağazalar şəbəkəsindən kreditlə nə isə alan peşman olur. Mağaza əməkdaşları müştərinin bütün qohumlarına zəng edib məlumat toplayır.

Tribunainfo.az xəbər verir ki, bu problemlə vətəndaş Azər Əzizov qarşılaşıb. O bildirib ki, ona heç bir xəbərdarlıq etmədən bütün tanışlarına zəng edirlər:

“Şikayətim metronun “İnşaatçılar” metrostansiyasının çıxışında yerləşən “Soliton”dandı. Məişət texnikası almağa getdik. Yalandan adımda “Kontakt Home”da 60 gün gecikmə olduğunu və buna görə də mənə xəbər etmədən məndən aldıqları nömrələri bir-bir yığmağa başladılar. Mağaza adminstratoru isə insane elə baxır ki, sanki oğurluq etmişəm. Bu münasibətə görə də heç nə almadıq çıxdıq”.