“Elca” MMC ona vurduğu maddi ziyana görə “Soliton LTD”ni məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, işin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. “Elca” MMC “Soliton LTD”nin ona vurduğu maddi ziyanın ödənilməsini tələb edir.
İşə Bakı Kommersiya Məhkəməsində 3 aprel tarixində hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.
Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar