“Soliton LTD” də cərimələnir

“Soliton LTD” də cərimələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəfələrlə cərimələnən və barəsində cərimə protokolu imzalanan “Soliton LTD” ilə bağlı növbəti dəfə protokol tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Soliton LTD” İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.9-cu maddəsini pozub. tələbi pozulan maddəyə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

“Soliton”la bağlı işə Nəsimi rayon Məhkəməsində baxılır. 30 yanvar tarixində hakim Elməddin Hüseynovun sədrliyi ilə növbəti proses keçiriləcək.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Soliton LTD”nin rəhbəri Bağırov Müseyib Abbas oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar