Sol tərəfi üzərində yatmaq sağlamlığa necə təsir edir? – AÇIQLAMAbackend

Sol tərəfi üzərində yatmaq sağlamlığa necə təsir edir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir çox insanlar yaxşı yuxunun fiziki və ruhi sağlamlıq üçün vacib olduğunu başa düşürlər.  Ancaq çox bilinməyən, yatdığımız vəziyyətin ən az yuxu müddəti qədər əhəmiyyətli olmasıdır.
Yuxu mövqeyi sağlamlığımıza təsir edir, dərimizin gənc və sağlam görünməsinə kömək edir və həzmi yaxşılaşdırır.

Mütəxəssislər bildirir ki, sol tərəfimizdə yatmaq sağlamlığımızı kəskin şəkildə yaxşılaşdırır və hətta həyatımızı xilas edə bilər.
Arxa üstə yatmaq nəfəs almaqda çətinlik yarada bilər və astma və yuxu apnesi olan insanlar üçün xüsusilə təhlükəlidir. Sağ tərəfdə yatmaq həzm problemlərinə səbəb ola bilər.
Araşdırmalara görə, sol tərəfimiz üzərində yatmaq mədə yanması əlamətlərini azalda bilər və ürəyə qan dövranını yaxşılaşdırdığı üçün hamiləlik zamanı tövsiyə olunur. Şərq təbabətinin ən qədim ənənəsi olan Ayurveda və Hindistan alternativ təbabəti də bu mövqeyi təklif edir.
Bədənin sol tərəfi dominant limfa tərəfidir. Sol tərəfdə yatdığınız zaman vücudunuz toksinləri, limfa mayelərini və tullantıları sinə kanalı və limfa düyünləri vasitəsilə süzmək üçün daha çox vaxta sahib olur.
 Əksinə, sağ tərəfdə yatmaq limfa sisteminizin daha yavaş işləməsinə səbəb olur və toksinlərin yığılması nəticəsində yarana biləcək ölümcül xəstəliklərin riskini artırır. Limfa sistemi tam gücü ilə işləmədikdə, toksinləri süzmək və limfa mayesini bütün bədənə yaymaq uğursuz ola bilər.
Sol tərəfinizdə yatmağa başlayanda, vücudunuzun toksinləri atmaqda daha səmərəli olmağa başladığını görəcəksiniz. Bu yuxu mövqeyi həzm sistemini yaxşılaşdırır və vücudunuzun qida maddələrini tez mənimsəməsinə və toksinlərdən xilas olmasına imkan verir.