İmişli sakini əlillik alan zaman kuryoz hadisə ilə üzləşib.
AFN.az xəbər verir ki, dəfələrlə əlillik almaq üçün müraciət etdiyini deyən vətəndaş süründürməçiliklə bağlı sosial şəbəkələrdə çıxış etdikdən sonra ona əlillik təyin edilib: “İmişli və Bakı Əlilləri Bərpa Mərkəzi birlikdə mənə əlillik “təşkil ediblər. Mesaj gəldi tezbazar ki, sənə əlillik təyin edildi. Özüm də sevindim ki, şikayətə baxırlarmış, operativ reaksiya varmış. Heç demə, İmişlinin baş həkimi Anar mənə sol qolum olmaya-olmaya ürək xəstəsi kimi əlillik yazıb. Mən iş qəzası ilə pensiyaya çıxmalı idim, ürək xəstəliyi ilə çıxarıblar. Çox gülünc vəziyyətdir. Mənim qolum olmaya-olmaya ürək xəstəliyi ilə əlillik verilib”.
Videomüraciəti təqdim edirik: