Sökülən məktəbdə biabırçı vəziyyət… Şagirdlər məktəbsiz qalıb – Foto

Sökülən məktəbdə biabırçı vəziyyət… Şagirdlər məktəbsiz qalıb – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunda yerləşən 141 nömrəli tam orta məktəb ötən ilin yanvarından bəri təmirə bağlanıb. Məktəbin binası qəzalı vəziyyətdə olduğu üçün tamamilə sökülüb və yerində müasir standartlara cavab verən yeni təhsil müəssisəsinin inşa ediləcəyi açıqlanmışdı. Lakin vədlərə baxmayaraq, bu günə qədər tikinti işləri faktiki olaraq yarımçıq vəziyyətdədir. Məktəbin müəllim və şagird kollektivi isə başqa-başqa məktəblərə yönləndirilib. Halbuki 2025-ci ilin aprelində məktəb binanısının təhvil verilməsi planlaşdırılırdı.

Tribunainfo.az xəbər verir ki, ümumilikdə 940 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və yararsız korpusunun sökülərək yerində 720 şagird yerlik əlavə korpus tikintisi nəzərdə tutulub. Sifarişçi Elm və Təhsil Nazirliyi “Təhsilin İnkişafı fondu”du, layihəçi “NOKA” MMC, podratçı şirkət isə “Azinvest İnşaat” MMC-dir.
Məktəbin qapısında vurulmuş məlumat lövhəsində də qeyd edilib ki, 2024-cü ilin 16 yanvar tarixində tikintiyə başlanılıb. Tikintinin bitmə tarixi kimi isə 16 aprel 2025-ci il göstərilib. Qeyd edilən tarixdən artıq aylar ötüb, yeni tədris ili də başlayıb. Lakin heç məktəbda aparılan işlərin 30-40%-i də tamamlanmayıb. Tikinti ərazisində də uzun müddətdir ki, ciddi fəallıq müşahidə edilmir.

Məktəbin təmirə bağlanmasından sonra orada təhsil alan yüzlərlə şagird ətraf ərazilərdəki məktəblərə köçürülüb. Bu isə nəinki valideynlər, həmçinin müəllim heyəti üçün də çətinliklər yaradıb. Valideynlər məsafənin uzaq, siniflərin isə sıx olduğunu bildirirlər. Köçürülən məktəblərdə “qonaq” olan sagirdlərə normal dərs də keçirilmir.

Hətta 11-ci sinif şagirdləri başqa məktəbdə sıxlıq səbəbindən 2-ci növbəyə keçirilib. Aşağı siniflərə də köçürüldükləri məktəblərdə sıxlıq olduğu üçün normal siniflər verilmir, dərsləri qarışıq və rabitəsizdir.

Sözügedən nəktəbdə aparılan yenidənqurma, təmir işlərinin niyə, hansı səbəbdən gecikdiyi məlum deyil. Aidiyyəti qurumların da bununla bağlı heç bir rəsmi açıqlamasını tapa bilmədik. Şagirdlər və valideynlər isə tezliklə məktəbdəki təmirin bitəcəyi, yenidən öz məktəblərinə qayıdacaları günü gözləyitlər.

Təhsil ekspertləri isə hesab edir ki, son illər məktəblərdə yaşanan sıxlığa axmayaraq Elm və Təhsil Nazirliyinin bir məktəbin yenidən tmirinə belə laqeyd yanaşması qəbuledilən deyil. Ekspertlərin fikrincə, sıxlığı aradan qaldırmaq üçün nazirlik məktəbi tezliklə bərpa etməli, həmçinin yeni məktəblərin tikintisində maraqlı olmalıdır.

Nigar İxtiyarqızı