Şokolad istehsalçısı olan “Konfirom” MMC cərimələnib.
Pravda.az-ın xəbərinə görə, qərar Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda qəbul olunub.
Xatırlatma: Şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 491.3-cü (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsi ilə inzibati protokol tərtib edilib.