ŞOK: TÜRKİYƏDƏ PREZİDENTİN OĞLU ADAM ÖLDÜRDÜ, HƏBSİ ÜÇÜN ORDER İSTƏNİLDİ

ŞOK: TÜRKİYƏDƏ PREZİDENTİN OĞLU ADAM ÖLDÜRDÜ, HƏBSİ ÜÇÜN ORDER İSTƏNİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə prokurorluq motosiklet kuryerinin öldüyü qəza ilə bağlı Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmudun həbsinə order verilməsini istəyib.
Tribunainfo.az bildirir ki, İstanbulda motosiklet kuryerini arxadan vuraraq ölümünə səbəb olan Somali prezidentinin oğlu barəsində tədbir görülüb. Prokurorluq hadisədən sonra təqsiri olmadığı üçün sərbəst buraxılan Məhəmmədin həbsinə order verilməsini istəyib.
Hadisə noyabrın 30-da günorta saatlarında Kennedi küçəsində, Avrasiya Tunelində baş verib. Biri əlil olan 2 uşaq atası Yunus Emre Göçerin (38) idarə etdiyi motosiklet prezidentin oğlunun idarə etdiyi 06 CD 4581 dövlət nömrə nişanlı avtomobil tərəfindən arxadan vurulub. Zərbənin təsirindən yola düşən Göçer ağır yaralanıb.
Göçer aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Hadisənin görüntüləri ortaya çıxdıqdan sonra İstanbul Respublika Prokurorluğu Məhəmmədin yeni qiymətləndirilməsi üçün faylı yenidən ekspertə göndərmək qərarına gəlib. Bundan əlavə, şübhəli Məhəmmədə səfər qadağası qoyulub.