ŞOK: Trampın vurulması öz planı olub – Analitik gizlinləri açır…

ŞOK: Trampın vurulması öz planı olub – Analitik gizlinləri açır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Trampın buna ehtiyacı yox idi. Düşünmürəm ki, özü bu sui-qəsdi təşkil edib. Bəziləri şablon versiya səsləndirir ki, Donald özü planı hazırlayıb, guya reytinqini artırmaq məqsədi güdüb. Amma son həftələrdə Tramp Baydeni reytinqdə üstələyirdi. Üstəlik, videoya baxın, qulağını sıyırır, yəni nişançı azca dəqiq olsaydı, başından vura və öldürə bilərdi”. Bu sözləri Tribunainfo.az-a siyasi ekspert Ramiyə Məmmədova bildirib.

Onun fikrincə, bu hadisə seçkinin nəticələrinə təsir edə bilər, amma əsas faktor Ukrayna müharibəsidir: “Biz iki namizəd görürük. Biri müharibəni dayandırmaq, biri davam etdirmək xətti götürüb. Amerikalı seçici bu iki yoldan birinə səs verəcək, nəinki Trampa, yoxsa Baydenə. ABŞ seçkisi bu baxımdan fərqlənir”.
Ekspert hesab edir ki, Tramp hazırkı şəraitdə qalib kimi görünür, amma tələsmək lazım deyil və Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyənlər Baydeni yenidən prezident seçdirə bilər: “Onun davranışları, nitqi, şüuru prezident olmağa imkan vermir. Amma anqlasaksonlar Rusiyanı vurmağa davam etmək istəyirlər”.

Kamran İsrafiloğlu

Tribunainfo.az