ŞOK: Sülh müqaviləsi dekabrda Peterburqda imzalana bilərbackend

ŞOK: Sülh müqaviləsi dekabrda Peterburqda imzalana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın tirajlı qəzetlərindən biri olan “İravunk” nəşri Bakı və İrəvan arasında sülh müqaviləsinin nə zaman və harada imzalanacağı ilə bağlı iddia irəli sürüb. Tribunainfo.az xəbər verir ki, erməni qəzeti bu barədə razılaşmanın əsasının Kazanda qoyulduğunu yazıb.
Bununla bağlı məqalədə deyilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan həmin müqaviləni Bakıda imzalamağa etiraz etməyib. Lakin bu addımın ölkəsinin içində ciddi etirazlara səbəb ola biləcəyindən ehtiyat edərək, başqa bir məkanın seçilməsini xahiş edib.
Daha sonra yazıda vurğulanır ki, tərəflər arasında ilkin razılaşma Kazanda keçirilən BRİKS sammitində əldə olunub. “Kazanda qərara alınıb ki, XİN başçılarının görüşləri intensivləşdirilsin. Ararat Mirzoyanın “Sülh müqaviləsində 1-2 vacib razılaşma var və yaxın günlərdə həll olunacaq” deməsi də təsadüfi deyildi. Bu həmin anlaşmanın nəticələrindən biriydi”.
“Iravunk” yekunda Azərbaycanla Ermənistan arasında süıh müqaviləsinin nə zaman və harada imzalanacağı barədə qeydlər edib. “Çox güman ki, dekabrda Peterburqda keçiriləcək MDB ölkələrinin artıq ənənəvi hal almış qeyri-rəsmi sammitində nəhayət ki, sülh müqaviləsi imzalana bilər”.