ŞOK: Rövnəq Abdullayev futbola baxır – FOTOFAKTbackend

ŞOK: Rövnəq Abdullayev futbola baxır – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Premyer Liqanın 24-cü turu çərçivəsində “Şamaxı” doğma meydanda “Sabah”ı qəbul edir.

Aut.az xəbər verir ki, hazırda ilk hissəsi yekunlaşan qarşılaşmanı AFFA prezidenti Rövnəq Abdullayev də stadiondan izləyir. O, oyuna Şamaxının icra başçısı Tahir Məmmədovla birgə baxır.

Bir ölkənin futboluna rəhbərlik edən şəxsin stadionda futbola baxması təəccüb yaratmamalıdır. Amma o ölkə Azərbaycan, futbola rəhbərlik edən şəxs də Rövnəq Abdullayevdirsə, təəccüblənmək də, heyrətlənmək də olar. Rövnəq Abdullayev AFFA-nın rəsmi binasında ildə bir dəfə olur. Stadionlara isə 2-3 ildən bir baş çəkir. Ona görə də Şamaxıda peyda olması həqiqətən də heyrətamizdir.

Bu gününə də şükür, Azərbaycan futbolu!