Manisanın Gördes rayonunda baş verən meşə yanğını 6 gündən sonra nəzarətə götürülüb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Karayakup kəndində baş verən yanğında alovların çatmadığı nöqtə şəhidimiz Halil İbrahim Ertaşın məzarı və türk bayrağı olub.
Yanğında onun düz yanındakı yerdəki ağaclar və otlar külə dönüb. Hər tərəfi əhatə edən o alov nə şəhidin məzarına, nə də üzərindəki türk bayrağına toxunub.