Hindistanın Qərbi Benqal əyalətindəki MAKAUT Universitetinin qadın professoru sinif otağında tələbələrindən biri ilə hinduların nikah mərasimini keçirib.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, sosial mediada yayılan hadisə nəticəsində böyük qalmaqal yaşanıb.
Universitet rəhbərliyi professoru müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırıb.
Baş verən hadisə akademik aləmi silkələməkdə davam edir.
Baş verən hadisədə Tətbiqi Psixologiya kafedrasının müdiri birinci kurs tələbəsi ilə sinif otağında ənənəvi hindu nikah mərasimi keçirib. Gəlinlik paltarında görünən professor daha sonra bunun “psixoloji dram layihəsi” olduğunu iddia edib və görüntülərin onu ləkələmək istəyən həmkarı tərəfindən sızdırıldığını irəli sürüb.
Dəniz