Himalay buzlaqlarında tapılan 1700-dən çox yeni virus növü qlobal istiləşmənin təsiri altında əriyib, bəşəriyyət üçün potensial təhlükə yarada bilər.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Himalay dağlarında Tibet yaylasında yerləşən Quliya buzlaqında aparılan tədqiqatlarda əksəriyyəti əvvəllər məlum olmayan 1700-dən çox növ virus aşkar edilib.
Bu virusların təxminən 41 min ildir donmuş torpaqda gizləndiyi müəyyən edilmişdir. Qlobal istiləşmə nəticəsində bu virusların əriyib insanlar üçün təhlükə yarada biləcəyi ilə bağlı narahatlıq elm aləmində müzakirə olunmağa başlayıb.
Tədqiqatçılar bildirirlər ki, bu virusların böyük əksəriyyəti insanlara deyil, bakteriyalara yoluxur. Tədqiqat zamanı virusların müxtəlif iqlim şəraitinə necə reaksiya verdiyi və onların zamanla dəyişməsi araşdırılıb. Bu araşdırma virusların keçmiş iqlim dəyişikliklərinə necə uyğunlaşdığına dair mühüm məlumatlar verir.
Mütəxəssislər permafrostda tapılan bu virusların pandemiyaya səbəb olma potensialının aşağı olduğunu bildirsələr də, köhnə virusların yenidən yaranmasından daha çox yeni virusların təkamülü baş verir.