Diyarbakırın Kulp rayonunda işləyən İmam H.Ə.-nin həyat yoldaşı başqa məsciddə işləyən imam tərəfindən qaçırılıb.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, hadisə rayonda böyük gərginliyə səbəb olarkən qadının ailəsi qızlarını qaçıran imamın öldürülməsini istəyib.
Fikir liderlərinin müdaxiləsi ilə hələlik vəziyyət sakitləşdi. Lakin məhəllə muxtarı həyat yoldaşı oğurlanan imamın nüfuzuna xələl gəldiyini və arvadının pis nümunə olduğunu, onun bu məhəllədə işləməsinin qarşısını almaq üçün müraciət edəcəklərini bildirib.