Amerikalı aktyor Corc Kluni xeyriyyə aksiyası keçirib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, məşhur ad Kluni Ədalət Fondunun xeyrinə keçirilən hərracda özünü hərraca çıxarıb.
Hərracın qalibi Hollivud ulduzu ilə şam yeməyində olacaq.
“Corc Kluni ilə Xeyirli Axşam” adlı hərracda iştirak edən bir şanslı şəxs Nyu Yorkda 63 yaşlı aktyorla nahar edəcək.
Qeyd edək ki, hərrac 10 000 dollardan başlayıb və hazırda 31 000 dollara qədərdir. Avqustun 20-də başa çatacaq hərracda 60 min dollara qədər təkliflərin Hollivud ulduzu ilə şam yeməyi qazanacağı gözlənilir.