Mersində bir binaya ildırım düşdü. Göydən beton parçaları yağdı.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Mersində ildırımın vurduğu 13 mərtəbəli binanın parçaları kafe və avtomobillərə ziyan vurub.
Hadisə mərkəzi Yenişehir səmtinin 50-ci il məhəlləsində baş verib. Şəhərdə yağan güclü yağış zamanı 13 mərtəbəli binaya ildırım düşüb. İldırım vurması nəticəsində binadan qopan parçalar birinci mərtəbədəki kafeyə və park edilmiş 2 avtomobilə ziyan vurub. Qısa müddətli çaxnaşma yaşanan hadisədə xoşbəxtlikdən xəsarət alan olmayıb.
Böyük qorxu yaşadıqlarını ifadə edən menecer Aycan Kimyon, “Qəfil səs-küydən çölə çıxdıq. Həmin vaxt müştərilərimizə baxırdıq. Masalarımız, stullarımız, park edilmiş avtomobillərimiz xarab oldu. Zərər gördük, amma heç kimin zərər görməməsi sevindiricidir”, – deyib.