ŞOK: Atəşkəsi pozan terror təşkilatının rəhbəri Paşinyanın adamı çıxdı – SENSASİON detallar

ŞOK: Atəşkəsi pozan terror təşkilatının rəhbəri Paşinyanın adamı çıxdı – SENSASİON detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yerkrapa” I Qarabağ müharibəsində yaranmış batalyon kimi keçmiş “Qarabağ klanı”na, dolayısı ilə Rusiyaya yaxın qruplaşma kimi görünsə də, həmişə Ermənistan MN tərəfindən “əlavə qüvvə” kimi istifadə edilib: qruplaşmanın hazırda sərhəddə dayanması da 44 günlük müharibədən sonra erməni ordusunda canlı qüvvə çatışmazlığından irəli gəlir.

Tribunainfo.az yazır ki, bu fikirlərlə çıxış edən siyasi analitik Asif Nərimanlı bildirib ki, Ermənistanın sərhəd təxribatında müzakirə edilən əsas detallardan biri də hücumun “Yerkrapa” terror təşkilatının üzvləri tərəfindən edilməsidir. Bu amil “təxribat rəsmi İrəvanın iradəsindən kənar baş verib” fikirlərinin yaranması ilə nəticələnir:

“Çünki könüllü batalyon kimi təqdim edilən “Yerkrapa” həmişə Ermənistanın hərbi rəhbərliyinə tabe olmadığı “imici” yaradıb və Rusiyaya yaxın kimi göstərilir;
Həmçinin rəsmi İrəvan snayper atəşindən sonra məsuliyyətdən yayınmaq mövqeyini sərgilədi və verdiyi açıqlamalarla diqqəti ordu içindəki qruplaşmalara – “Yerkrapa” yönəltməyə çalışdı.

Ermənistan rəhbərliyinin sülh çağırışları da bu məsələdə fikirləri qarışdırır. Hərçənd, təkcə siyasi hədəflər yox, faktlar da snayperin tətiyinin Paşinyan hakimiyyəti tərəfindən “çəkildiyi”ni deməyə əsas verir.
Terror qruplaşmasının hazırki rəhbəri Sasun Mikaelyan Nikol Paşinyana yaxın adamdır: Sarkisyanın dövründə onun partiyasının üzvü olsa da, 2008-ci ildə Paşinyanın da iştirak etdiyi aksiyaları dəstəklədiyi üçün uzaqlaşdırılıb və həbs olunub; 2018-ci ildə Paşinyanın “küçə inqilabı”na qoşularaq, onun komandasına daxil olub, 44 günlük müharibədən sonra bəzən “tənqidi açıqlamalar” versə də, hakimiyyətə bağlılığı davam edir; Nikol “Yerkrapa”nı “tuşonka generalı” Manvel Qriqoryandan alaraq, Mikaelyana verib, bu baxımdan, qruplaşmanın Ermənistan rəhbərliyinin iradəsindən kənar addım atması versiyası istisnadır;

Əslində təxribatın “Yerkrapa” qruplaşmasına həvalə olunması planın tərkib hissəsi kimi görünür: bu, məsuliyyətdən yayınmaq üçün manevr etmək imkanını saxlamağa hesablanıb”.