“Söhbət puldan getmir e, bank gərək öz müştərisinə “vnimatelni”  olsun”backend

“Söhbət puldan getmir, bank gərək öz müştərisinə “vnimatelni”  olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən qarlı havada Sumqayıtda kartdan pul çıxarmaq üçün “Bank of Baku”ya getdik, amma bankın bankomatına qalxmaq istəyəndə baxdım vəziyyət “gərgindir”. Gördüm bir kişi bankomatın yanından düşür, amma qar basmış meydança və pilləkənlər çox sürüşkən olduğundan şüşəli məhəccərin tutacağından ikiəlli yapışa-yapışa çətinliklə düşür. Hələ mənə də dedi ki, “ehtiyatlı ol, çox təhlükəlidir”.
Çıxanda müvazinətimi saxlaya bilməyib sürüşüb yıxıldım, amma yaxşı ki, heç nə olmadı. Amma ola da bilərdi.
Bizdən sonra bir qadın da çətinliklə, qorxa-qorxa çıxıb-düşdü. Nəzərə alsaq ki, “Bank of Baku”nun bir filialı var Sumqayıtda, (6-cı mikrorayonda) gün ərzində nə qədər adam bu arzuolunmaz halla üzləşib. Bankın kameraları var, baxıb görə bilərlər.
Əlbəttə, demək olar ki, qar yağıb və yer sürüşkən ola bilər.
Həm də bazar günüdür, iş günü olmadığından bank işçiləri qarı təmizləməyiblər. (amma təmizləmək olardı ən azından) Lakin düşünürəm bank təkcə bankın içində yox, çölündə də müştərilərinə qarşı diqqətli olmalıdır, onlar haqda düşünməlidir. Bu cür münasibət düzgün deyil.
Elə bank işçiləri özləri də çox güman belə halda əziyyət çəkər.
Ən azından bankın girişinə sürüşkən metlax və ya tamet vurulmamalıdır, pilləkənlər sürüşkən olmamalıdır.
İndi deyək ki, qar ildə-ayda 1-2 dəfə yağır, amma yağışlı havada da eyni şey olur.
Bankın qabağındakı döşəmənin materialı ictimai yerlər üçün nəzərdə tutulmayıb. Çünki bu cür metlaxlar qapalı yerlər, su dəyməyən bağlı yerlər üçündür. İnsanların rahatlığı üçün adətən çölə sürüşkənliyi çox az olan mat tamet və ya mat növ metlaxlar döşəyirlər ki, adamlar yıxılmasın.
İndi kimsə Allah eləməsin, yıxılıb ciddi zədə alsa, xəstəxanalıq olsa məsuliyyəti kim daşıyacaq?!
Bu baxımdan ilk baxışdan xırda görünsə də bu belə deyil. Avropada belə şeylərə görə şirkəti məhkəməyə verib böyük miqdarda təzminat alırlar.
Bir balaca yerə sürüşməyən materaldan metlax-zad vurmaq nə qədər çətin şeydir və xərc istəyir?!(Özü də bildiyimə görə binanın qabağı bir müddət əvvəl təmir olunub). Bank rəva görməməlidir ki, müştəriləri belə əziyyət çəksin. Onu da deyim, belə şeyləri bir çox dükan, mağaza sahibləri, idarə rəhbliyi nəzərə almır.
Ümid edirəm bank rəhbərliyi dediklərimi nəzərə alar.
Axı sürüşüb-yıxılanlar mənim kimi, başqa bankın yox, məhz bu bankın müştəriləridirlər ki, ora yaxınlaşırlar…
Bir məşhur kinomuzda deyildiyi kimi “Söhbət sosiskadan getmir e, adam gərək “vnimatelni” olsun”. İndi bunu bir az dəyişdirib  zarafatla belə demək olar ki,”söhbət puldan getmir,bank gərək öz müştərisinə “vnimatelni” olsun”.
İmran Kərimli