Əsas məqsədim dünyanı gəzmək və yeni insanlarla tanış olmaqdır.
TİA.AZ Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən “İnfluencer day” tədbirində çıxış edən robot Sofiya deyib.
Sofiya Azərbaycanla da bağlı fikirlərini bölüşüb:
“Azərbaycan gənc və perspektivli ölkədir. Sizin çox dadlı mətbəxiniz olduğunu bilirəm. Amma təəssüf ki, mən qidalanmıram”.