Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
Soçidə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
TİA.AZ xəbər verir ki, tədbiri Rusiya prezidenti Vladimir Putin açıq elan edib.
Sammitin əsas mövzusu iqtisadi əlaqələrin inkişafı, hərbi əməkdaşlıq və mədəni- humanitar əlaqələrin intensivləşdirilməsi olacaq.
Xatırladaq ki, iclasda iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev də Soçiyə yola düşüb.
İclasın yekununda dövlət başçıları, təxminən, 20 sənəd qəbul etməyi planlaşdırır. Bunlar arasında qeyri-qanuni gəlirlərin leqallaşdırılmasına, terrorizmin maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlıq konsepsiyası da var.
Korrupsiyaya qarşı mübarizə ayrıca müzakirə mövzusu olacaq.
Axşama yaxın dövlət başçıları Ali Avrasiya İqtisadi Şurasının iclasına toplaşacaq. Liderlər rəqəmsal ticarət və informasiya mübadiləsi qaydalarını, eləcə də Avrasiya İqtisadi Birliyinin 2018-ci il üzrə fəaliyyətinin əsas istiqamətlərini müzakirə edəcəklər.