SOCAR Upstream Operations Managementdə işçilərə hədə-qorxu gəlirlər

SOCAR Upstream Operations Managementdə işçilərə hədə-qorxu gəlirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR Upstream Operations Management LLC-nin SƏTƏMM direktoru işçilərə hədə-qorxu gəlir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”nın sədri Mirvari Qəhrəmanlı yazıb. O bildirib ki, bu barıdə məlumatı ona neftçilər yazaraq buldiriblər:

“Neftçi yazıb narahatçılığını bildirir. Neftçi istəyir ki, onun narahatçılığını müvafiq qurumlar da bilsin. Bəlkə o düz deyir. Mən onun xahişini sizin diqqətinizə çatdırıram.
Neftçi yazır:
“SOCAR Upstream Operations Management LLC-nin SƏTƏMM direktoru tərəfindən “Azneft” İB-in SƏTƏMM xidmətinə yersiz müdaxilələr edilir. SƏTƏMM strukturunun dəyişdirilməsinə, bununla da quruma maddi ziyan vurmağa cəhd edilir. Tez-tez 90 dəqiqəlik onlayn iclaslar edərək iş mühitini pozur, struktur dəyişiklik edildikdən sonra imtahan etməklə işçilərə hədə-qorxular gəlirlər”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul