“SOCAR Polymer”in Yüksəksıxlıqlı Polietilen Zavodu dekabrda açılacaq

“SOCAR Polymer”in Yüksəksıxlıqlı Polietilen Zavodu dekabrda açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“SOCAR Polymer” layihəsinin illik istehsal gücü 120 min ton nəzərdə tutulan Yüksəksıxlıqlı Polietilen Zavodunun bu ilin dekabr ayında istehsala başlaması planlaşdırılır.

TİA.AZ  xəbər verir ki, bunu “SOCAR Polymer” MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, zavodun bu il dekabr ayının ortalarında, yaxud da sonunda istismara verilməsi nəzərdə tutulub.

O, zavodun məhsullarının əksər hissəsinin ixrac olunacağını, 35-40%-nin isə daxili tələbata yönəldiləcəyini qeyd edib.