SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-ın sabiq  vitse prezidenti  Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi  – 100 min TƏZMİNAT..

NUH.az  saytına daxil olan ərizədən bəlli olur ki, SOCAR-ın vitse prezidenti  Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə keçmiş həyat yoldaşı  Fidan  Abbasovaya qarşı Xətai məhkəməsində iddia qaldırıb. Və qarşı tərəfdən 100 min manat təzminat  tələb edir.

Orxan İsmayılzadənin  vəkili Aytən Əliyevanın imzaladığı  müraciəti olduğu kimi dərc edirik:

“Cavabdeh Abbasova Fidan Loğman qızı tərəfindən mən və atam Mikayıl İsmayılov barəsində 04 yanvar 2024-cü il  tarixdə “Yotube”  sosial  platformasında    “1 xeber “  kanalında  “Sabiq məmur nəvəsindən imtina edir”  başlığı ilə verdiyi müsahibədə  səsləndirdiyi  bütün məlumatların  şərəf  və ləyqətimi, işgüzar  nüfuzumu ləkələyən, həqiqətə  uyğun olmayan məlumatlar hesab edilməsi və bu məlumatların adıçəkilən “Yotube”  kanalında təkzib edilməsi və yaydığı məlumatlara görə  üzr istənilməsi…

2.Cavabdeh  tərəfindən 04 yanvar 2024-cü il  tarixdə “Yotube”  sosial  platformasında    “1 xeber “  kanalında  “Sabiq məmur nəvəsindən imtina edir”  başlığı ilə verdiyi müsahibəni adı çəkilən kanaldan sildirməsi öhdəliyinin  cavabdehin üzərinə qoyulması

3. Mənə dəymiş  mənəvi zərərin əvəzi olaraq cavabdehdən  100000 ( bir yüz min ) manat məbləğində pul vəsaitinin xeyrimə  tutulması barədə qətnamə çıxarasınız.

Qoşma – məktublar

Dövlət  rüsumunun ödənilməsi barədə qəbz

İmza:

İddiaçı İsmayılzadə Orxan Mikayıl oğlunun nümayəndəsi və vəkili  Aytən Əliyeva.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa  hazırıq.

Redaksiyadan : Vəkil Aytən Əliyeva ilə telefon əlaqəsi saxladıq. Vəkil belə bir müraciətin-iddianın olduğunu təsdiq elədi.