Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Marneuli şəhərində olub. Komitədən verilən məlumata görə, F.Muradov bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.
Onlarla soydaşımızın iştirak etdiyi görüşdə onları maraqlandıran bir çox məsələlər müzakirə olunub.
Görüşdə diqqətçəkən məqamlardan biri səfərdə Fuad Muradovu müşayət edən “SOCAR Georgia” şirkətinin rəhbəri Mahir Məmmədovun bütün görüşboyu yuxulu vəziyyətdə olması olub. Sosial şəbəkələrdə yayılan və sizə təqdim etdiyimiz fotolarda Mahir Məmmədovun görüşdə yuxuladığı açıq şəkildə görünür…
Editor.az