Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” tresti gömrük qaydalarını pozduğuna görə cərimə edilə bilər.
Tribunainfo.az xəbər verir ki, “Neftqaztikinti” tresti İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
SOCAR-ın “Neftqaztikinti” tresti ilə bağlı işə 12 fevral tarixində Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, cərimələnməsi gözlənilən SOCAR-ın “Neftqaztikinti” tresti trestin müdiri Qağaməli Seyfullayevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar