Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, SOCAR-ın dənizdə işləyən işçiləri 1 aya yaxındır platformada qalıb.
Tribunainfo.az xəbər verir ki, hüquq müdafiəçisinə platformada qalan işçilər məlumat verib.
“Düşünürəm ki, problemin həllini tapmamasına səbəb işçilərin nəqliyyatla təmin olunmasına məsul şəxsin cəzasız qalmasıdır.
Platformadan yazdılar: “23 gündən artıqdır ki, dənizdəyik, növbə dəyişilmir. Ən yaxşı halda bizim platformada növbə dəyişikliyi mart ayının 2-si, yaxud 3-də gözlənilir. Bu halda mən yenidən, ayın 5-də dənizə işə qayıtmalıyam. Ümumi hesabla fevral, mart ayları üzrə mən 30 gün işdə olmalı halda, 45 gün dənizdə oluram. Dəfələrlə şikayət, xahiş etsək də hələ də normal iş qrafiki ilə işləyə bilmirik. Bu hal isə uzun müddətdir ki, davam edir”.
Nigar