Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir.
Səngəçaldakı magistral qaz kəmərində təmir işləri davam etdirilir.
TİA.AZ SOCAR-ın saytına istinadən məlumat verir ki, Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş vermiş qəzanın aradan qaldırılması istiqamətində təmir işləri davam etdirilir.
Qəza baş vermiş kəmərin istismara buraxılması üçün aparılan yoxlama işləri zamanı yeni nöqsan aşkar edilib. Yoxlama-sınaq işləri müvəqqəti olaraq dayandırılıb.
Hazırda yeni nöqsanın aradan qaldırılması istiqamətində işləri davam etdirilir.
Bu işlərin həyata keçirilməsinin sənaye və əhali abunəçilərinin qaz təminatına heç bir təsiri olmayacaq.