Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxdığı istiqrazlar üzrə faizlərin ödənişini həyata keçirib.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dollarla buraxdığı istiqrazlar üzrə faizlərin ödənişini həyata keçirib.
TİA.AZ-ın məlumatına görə bunu “SOCAR Capital” şirkətinin Müşahidə Şurasının sədri, SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.
O deyib ki, SOCAR istiqrazlarının buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub:
“Bu gün həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR istiqrazlarının sahiblərinə ümumilikdə 1 mln. 250 min dollar həcmində faiz ödənilib. Bu vəsait istiqraz sahiblərinin bank hesablarına artıq köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadı edə bilərlər”.