SOCAR bir ayda büdcəyə 129 milyon ödədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödəyib. 

SOCAR iyul ayında dövlət büdcəsinə 128 milyon 954 min manat vəsait ödəyib.

Azərbaycan Dövlət Neft Şirkətindən TİA.AZ-a verilən məlumata görə, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 milyon 755 min manat çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarında büdcəyə 914 milyon 566 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 milyon 625 min manat çoxdur.

2017-ci ilin iyul ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12 milyon 959 min manat vəsait köçürülüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 875 min manat çoxdur.