“Sobsan” şirkətini nə qədər cərimə gözləyir?

“Sobsan” şirkətini nə qədər cərimə gözləyir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sobsan” markası ilə Qafqazın və Azərbaycanın ilk lak – boya istehsalı müəssisəsi olan “Rəmzi-S” MMC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, “Sobsan” şirkəti İnzibati Xətalar Məcəllsinin ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarını əlayhinə olan 264.0.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.

Cərimələnməsi gözlənilən “Rəmzi-S” MMC ilə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. İşə 16 sentyabr tarixində hakim Firuzə Kərimovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Rəmzi-S” MMC 15 noyabr 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 505 630 AZN olan şirkətin qanuni təmsilçisi Allahverdiyev Orxan Rasim oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul