Şuşa şəhərindəki “Qarabağ” oteli, “Xarı Bülbül” oteli, “Avromed” şirkətinin ofis və depoları, Bakı Nəqliyyat Agentliyinin yeni binası, “Caspian Plaza”, “Port Baku Residence” kimi məşhur layihələrin isitmə, soyutma, havalandırma kimi sistemlərini layihələndirən və quraşdıran “SFV Group” QSC məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, QSC ilə bağlı iddianı “Sobsan” markası ilə məşhurlaşan “Rəmzi-S” MMC qaldırıb. İşin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər alqı-satqı müqaviləsi üzrə problem yaşayır.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 30 oktyabr tarixində baxış iclası keçiriləcək. İş hakim Vüsalə Baxışovanın icraatındadır.
Xatırladaq ki, məhkəməyə verilən “SFV Group” QSC Azərbaycan bazarında 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin satınalma meneceri Özal Məmmədov, satınalma kordinatoru ilə Elşən Rəhimovdur.
İddianı qaldıran “Sobsan” boya şirkətinin rəhbəri Araz Səbzəliyev, direktoru isə Orxan Allahverdiyevdir.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar İxtiyarqızı