Rusiyanın Sankt-Peterburq şəhər polisi həftəsonu şəhərin mərkəzində yerləşən bahalı restoranda keçirilən qapalı VIP gecəyə basqın edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Qordon” kanalı məlumat yayıb.
Məlumatda restoranın adı göstərilməsə də, əməliyyat zamanı çəkilmiş videoda “Veter” restoranının lövhəsi görünür.
“The Insider” dəqiqləşdirib ki, bu restoran jurnalist Kseniya Sobçak və restoran sahibi Anton Pinskinin mülkiyyətindədir.
Məlumata görə, gecənin qızğın vaxtında banket zalının qapıları açılıb, içəriyə əməliyyatçılar, kinoloqlar və çevik polisin əməkdaşları daxil olub. Əməliyyat nəticəsində 5 nəfər saxlanılıb. Onlardan paketlərdə kokain və marixuana götürülüb. Saxlanılanlar arasında 60 yaşlı qadın və 59 yaşlı kişi də var. Polisin məlumatına görə, onlar iki paket kokaini gizlətməyə cəhd göstəriblər.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb.