Rusiyada prezidentliyə namizəd və teleaparıcı Kseniya Sobçak seçkiqabağı kampaniyasının sponsorları barədə danışıb. Sobçak ona maliyyə dəstəyi göstərən şəxslərin adlarını Baliyə səfəri zamanı açıqlayıb.
“Seçki prosesinin sponsorları – iş adamlarıdır. Vladimir Polixotdan başlayıram. Növbəti şəxs isə mənim Baliyə getməyə səbəb olan Aleksandr Roslyakovdur. Mənə dəstəyə görə təşəkkür edirəm”,-deyə Kseniya Sobçak əlavə edib./FaktXəbər