“Snapchat” onlayn xidmətinin məxsus olduğu “Snap” şirkəti dron istehsal edən “Ctrl Me Robotics” şirkətini əldə edib.
“Snapchat” onlayn xidmətinin məxsus olduğu “Snap” şirkəti dron istehsal edən “Ctrl Me Robotics” şirkətini əldə edib.
İKT.lent.az-ın “Mashable” nəşrinə istinadən verdiyi məlumata görə, razılaşmanın qiyməti 1 milyon dollar təşkil edir.
Bildirilir ki, “Ctrl Me Robotics” şirkəti nəinki dron istehsal edir, həmçinin artıq mövcud olanlara kamera quraşdırmaqla modernləşdirir. Yaxın gələcəkdə “Snapchat” istifadəçilərinin öz videolarını havadan çəkmək imkanının olması da mümkündür.