“SMS sistemi benzinlə işləyir?” – Bankdan şikayətləndi

“SMS sistemi benzinlə işləyir?” – Bankdan şikayətləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reper ABD Malik Kələntərli bankdan şikayətlənib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi istifadəçisi olduğu bankın SMS bildirişlərin qiymətini bir neçə dəfə qaldırmasını tənqid edib:

“Bank sahiblərinə və işçilərinə maraqlı sualım var. Müştəri olduğum bankın SMS xəbərdarlıq sistemi əvvəllər 1 manat idi. Sonra bir müddət keçdi, 2 manat oldu. Bu gün elan gəlib ki, SMS bildirişlərin qiyməti artıq 3 manat olacaq. Yaxşı… Bir sualım var, bu sms bildirişlər və xəbərdarlıq sistemi benzinlə işləyir, xaricdən gəlib gömrükdə dayanır, onu yaratmaq üçün hansısa kimyəvi maddələrdən istifadə etmək lazımdır? Yox… Ola bilsin ki, mən nələrisə bilmirəm, üzr istəyirəm. İzah edin bilək, bu SMS xəbərdarlıq və bildiriş sisteminin qiyməti nəyə görə qalxır? Niyə?”.

M. Kələntərli şikayətçi olduğu bankın adını açıqlamayıb.