SMARTFON VAR, TAKSİDƏ NƏ TAKSOMETR ?! – EKSPERT İZAHI

SMARTFON VAR, TAKSİDƏ NƏ TAKSOMETR ?! – EKSPERT İZAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Smartfonların olduğu bir şəraitdə Nazirliyin təklif etdiyi taksometr məsələsi elə də ağlabatan görsənmir. Aidiyyatı qurumlar taksi sektorundakı neqativlərin qarşısını almalıdır. Bizim bütün hərəkət istiqamətlərimizi, hansı vaxt haradan haraya getdiyimizi, əsas ünvanlarımızı özündə əks etdirən DATA Yandex-in Rusiya və ya xaricdəki kompüterlərdə olmalı deyil. Bu problemi həll etmək lazımdı.

Tribunainfo.az yazır ki, bu barədə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz danışıb. O bildirib ki, taksi xidmətləri sektorunda rəqabət də var, problemlər də var. Bazara yeni daxil olan oyunçunun kim olmasından asılı olmayaraq, rəqabəti inkişaf etdirməklə bu problemlər həll edilməlidir:

“Xüsusən də, xarici taksi şirkətləri tərəfindən dempinqlə yerli taksi şirkətlərin bazardan çıxarılmasının qarşısı alınmalıdır.
Yerli taksi şirkətləri daha innovativ və rəqəmsal həllərə yatırımlar etməlidirlər, keyfiyyəti artırmalıdırlar. Aidiyyatı qurumlar taksi sektorundakı neqativlərin qarşısını almalıdır. Bizim bütün hərəkət istiqamətlərimizi, hansı vaxt haradan haraya getdiyimizi, əsas ünvanlarımızı özündə əks etdirən DATA Yandex-in Rusiya və ya xaricdəki kompüterlərdə olmalı deyil.
Bu məlumatlar ölkəmizdə olmalıdır, 3-cü tərəfə verilməməlidir, bütün bunlar qanunla qorunmalıdır.
Düşünürəm ki, bu tip məsələlər həm də bir təhlükəsizlik məsələsidir və sivil qaydada tənzimlənməlidir”.