Övladı üçün son illər həddən artıq reklam edilən “Sleepy” uşaq bezləri alan valideyn peşman olub.
Tribunainfo.az xəbər verir ki, şikayətçi Aydın Əli oğlu üzləşdiyi problemi Feysbukdakı şikayət səhifəsində paylaşıb. O bildirib ki, bez körpənin dərisini də pis hala salıb:
“Bir neçə gün bundan öncə gecə məcburən “Sleepy” markalı uşaq bezi aldım. Və nəticə göz qabağında. Özlərinə 4 fevralda bildirdim. Burada da paylaşıram ki, tədbir görülsün. Etik olmadığına görə uşağın bədənini göstərmirəm. Cəmi 4 saat, gecə yatanda əynində olub. Səhər bezin içi tamam dağılmış formada idi”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən