“Slavyanka” brendinin sahibi olan “Gədəbəy Mineral Suları” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin gömrük qaydalari əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozula maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Gədəbəy Mineral Suları” ilə bağlı iş baxılması üçün Gədəbəy rayon Məhkəməsinə göndərilib. 20 may tarixində hakim Fizuli Mirzəquliyevin sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, nizamnamə kapitalı 100 AZN olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur. MMC 2004-cü ildə təsis olunub. Şirkət Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur.
İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağının suyu “Gədəbəy” və “Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul